Alen Simonyan: Müdafiə xərclərinin azaldılması Ermənistanın maraqlarına uyğundur – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan 26 sentyabrda jurnalistlərə açıqlamasında müxalifətin "kim daha çox pul xərcləyirsə, o da haqlıdır" yanaşmasını demoqogiya adlandırıb. O bildirib ki, əsas məsələ çox xərcləmək deyil, xərcləri səmərəli yönəltməkdir.

"Bir məsələ daha çox xərcləməkdir, başqa məsələ isə səmərəli xərcləmək və oğurluq etməməkdir. Oğurluq barədə isə qoy müxalifət danışsın", - deyə Simonyan vurğulayıb.

Spikerin sözlərinə görə, hökumətin bütün qərarları Ermənistanın maraqlarına əsaslanır. O əlavə edib ki, keçmişdə stereotiplərə görə bəzi səhvlər olub, lakin sonradan yanaşma dəyişib.

Simonyan həmçinin qeyd edib ki, konstitusiya dəyişiklikləri prosesi 2020-ci ildə, koronavirus pandemiyasından əvvəl başlanıb və bu, heç bir xarici tələb əsasında həyata keçirilməyib.

"Bütün qərar və islahatları ölkəmizin maraqlarına uyğun şəkildə həyata keçiririk", - deyə o təkrar vurğulayıb.

Spiker, həmçinin, orduda hərbi formanın dəyişdiriləcəyini də elan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31