Kallas: Avropa ABŞ-sız Ukraynaya dəstək verə bilməz - ÖZƏL
14:31 DünyaAvropa İttifaqı ABŞ-ın iştirakı olmadan Ukraynaya yardım göstərmək gücündə deyil. Olaylar.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Politico-ya müsahibəsində bildirib. "ABŞ prezidenti Donald Tramp qətllərin qarşısını alacağını vəd edən yeganə şəxs idi. Bu məsələ ilə yalnız biz məşğul ola bilmərik", - deyə Kallas vurğulayıb.
O həmçinin qeyd edib ki, ABŞ NATO-nun ən böyük üzvüdür və alyansın atacağı addımlar eyni zamanda Vaşinqtonun mövqeyi ilə bağlıdır. Bundan əvvəl Financial Times yazmışdı ki, Tramp bir neçə ay ərzində Kiyevi Rusiyaya itirilmiş əraziləri tanımağa məcbur etməyə çalışıb. Lakin son günlərdə ABŞ prezidenti ritorikasını dəyişərək bildirib ki, Avropa İttifaqının dəstəyi ilə Ukrayna "döyüşərək bütün ərazilərini geri ala bilər".
Qəzetin məlumatına görə, Aİ liderləri artıq Trampı "etibarlı müttəfiq" hesab etmirlər. Bununla yanaşı, bəzi siyasi dairələrdə Trampın yeni mövqeyi müsbət qarşılanıb.