Kamala Harris: Trampın tənqidləri onun narahatlığından irəli gəlirdi - ÖZƏL

Keçmiş ABŞ vitse-prezidenti Kamala Harris yeni xatirələrində Donald Trampın onu təhqir etməsini onun seçkilərdə namizədliyindən narahatlıqla izah edir. Olaylar.az xəbər verir ki, Harris "107 gün" adlı xatirələrində yazır ki, 2024-cü il prezident seçkilərində demokratlar tərəfindən namizəd elan edildikdən sonra Tramp və komandası onu hədəf alıb. Onun sözlərinə görə, köməkçiləri Trampın hücumlarına qarşı qətiyyətli cavab verməsini təklif edəndə o belə cavab verib: "Mən prezidentliyə namizəd oluram... buna öyrəşməliyik". Harris əlavə edib ki, təhqirlər və alçaldıcı şərhlər müasir seçki kampaniyalarının qaçılmaz hissəsidir.
Harris həmçinin qeyd edib ki, Tramp üçün qaradərili amerikalılar, o cümlədən özü, "ən rahat auditoriya" olmayıb. Harris vurğulayıb ki, onun vəzifəsinə keçmiş prezidentə ABŞ-ın irqi tarixi dərs keçmək daxil deyildi və belə təklifləri rədd edərək heç vaxt provokasiyalara aldanmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31