İsrail İran casusunu həbs etdi
13:40 Dünyaİsrailin təhlükəsizlik xidməti Amerika və İsrail ikili vətəndaşlığı olan İran casusunu həbs edib.
Olaylar.az xəbər verir ki, bu haqda İsrailin Daxili Təhlükəsizlik Agentliyi (Şinbet ) məlumat yayıb.
Məlumata görə, 49 yaşlı Yakov Perl bu ayın əvvəlində İrana casusluq ittihamına görə saxlanılıb.
İsrail rəsmiləri Perlin son illərdə Mərakeşdə yaşadığını və ilk dəfə 2017-ci ildə İranın oradakı səfirliyi ilə telefon vasitəsilə əlaqə saxladığını bildirib. Perl öz missiyaları üçün Tehran tərəfindən rəqəmsal valyuta vasitəsilə vəsait alıb.
Həmçinin qeyd olunub ki, o, 2017-ci ildə İrana sığınmaq üçün müraciət edib, ancaq Tehrandan cavab almayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31