Ərdoğan: Fələstini tanıyan ölkələr indi xalqını dəstəkləməlidir - ÖZƏL
13:19 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Fələstini tanıyan ölkələr indi diplomatik öhdəliklərini yerinə yetirərək Fələstin xalqını dəstəkləməlidir. Olaylar.az xəbər verir ki, Ərdoğan jurnalistlərə açıqlamasında qeyd edib ki, Böyük Britaniya və Fransanın da daxil olduğu daha 10 Qərb ölkəsi Fələstini tanıyıb və bu qərarlar tarixi əhəmiyyət daşıyır: "Zülmə qarşı neytral qalmaq əslində zülm edən tərəfi təşviq edir. Fələstinin tanınması beynəlxalq təzyiqi gücləndirərək hədəfə çatmağa xidmət edəcək. İndi isə bu diplomatik tanınmanın tələblərini yerinə yetirmək lazımdır - bu ölkələr zülm görmüş və əziyyət çəkmiş Fələstin xalqını dəstəkləməlidir." Prezident əlavə edib ki, beynəlxalq ictimaiyyət, hüquq sistemi, vətəndaş cəmiyyəti təşkilatları və ictimaiyyət liderləri birgə və vahid mövqe sərgilədikdə, bu, İsraili iki dövlət həllinə yaxınlaşdıracaq formulu yaradacaq.