NATO baş katibi: “Dronları bahalı raketlərlə vurmaq mümkün deyil” - ÖZƏL

NATO-nun baş katibi Mark Rut­te bəyan edib ki, Qərb orduları ucuz pilotsuz uçuş aparatlarını (PUA) bahalı raketlərlə məhv etməklə davam edə bilməz. Olaylar.az xəbər verir ki,o,  bu barədə Bloomberg-ə açıqlamasında danışıb. "Daim min-iki min dollara başa gələn dronları yarım milyon və ya bir milyon dollarlıq raketlərlə vurmaq mümkün deyil. Hamımız sürətlə yeni texnologiyalar hazırlayırıq və ukraynalılardan öyrənirik", - deyə o bildirib. Ruttənin sözlərinə görə, qısa müddətdə alyansda PUA-lara qarşı mübarizə üçün lazımi avadanlıq çatışmır. Lakin NATO Ukraynadan öyrənərək yeni texnologiyalar üzərində işləyir və onların yaxın həftələrdə tətbiq ediləcəyini gözləyir. Baş katib vurğulayıb ki, bu addımlar ənənəvi müdafiə üsullarına əlavə olaraq alyansın əlində yeni müdafiə imkanları yaratmağa xidmət edir. Qeyd edək ki, daha əvvəl Polşanın xarici işlər naziri Radoslav Sıkorski Ukrayna Silahlı Qüvvələrinin Polşaya dronlarla mübarizə üzrə təlimlər keçirəcəyini açıqlamışdı. O, məhz Kiyevin, Qərb dövlətlərinin deyil, Avropaya Rusiyaya qarşı müdafiəni öyrədəcəyini vurğulamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31