Avrasiya universitetlərinin növbəti sammiti Qazaxıstanda keçiriləcək
19:15 DünyaNövbəti Avrasiya universitetləri sammiti 2026-cı ildə Qazaxıstanda keçiriləcək.
Olaylar xəbər verir ki, bu barədə "Times Higher Education"ın qlobal əlaqələr üzrə direktoru Fil Beyti Bakıdakı sammitdə məlumat verib.
"Avrasiya universitetlərinin sammiti Qazaxıstanın K.İ.Satpayev adına Milli Tədqiqat Texniki Universitetində keçiriləcək", - deyə o bildirib.
Qeyd edək ki, Bakı sammiti regionda ali təhsilin inkişaf perspektivlərini və elmi əməkdaşlığı müzakirə etmək üçün aparıcı universitetlərin nümayəndələrini, ekspertləri və beynəlxalq təşkilatları bir araya gətirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31