Ermənistan 2026-cı ildə müdafiə və təhlükəsizlik sahələrində xərcləri 267 milyon dollar azaldacaq

Ermənistan hökuməti 2026-cı ildə müdafiə və təhlükəsizlik sahələrinə ayrılan xərcləri 267 milyon dollar azaldacağını açıqlayıb.

Olaylar.az xəbər verir ki, bu barədə məlumat Ermənistan hökumətinin rəsmi saytında yayımlanıb.

Hökumət həmçinin ictimai təhlükəsizlik və məhkəmə sisteminin maliyyələşdirilməsini də azaldacağını bildirib.

2026-cı ildə bu sahələrə 2,12 milyard dollar ayrılacaq, bu da 2025-ci ilə nisbətən 0,27 milyard dollar daha azdır (2025-ci ildə bu sahələrə ayrılan məbləğ 2,39 milyard dollar olub).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31