Tramp Rusiyanın enerji infrastrukturlarına hücuma icazə verdi
15:00 DünyaABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynadakı enerji infrastrukturlarına hücum edəcəyi təqdirdə, Rusiyaya cavab zərbələrinin endirilməsinə razılıq verib.
Olaylar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Axios"a müsahibəsində deyib.
Onun sözlərinə görə, cavab zərbələri Rusiyanın enerji təsisatlarına və silah istehsalı zavodlarına qarşı həyata keçiriləcək.
Zelenski ABŞ-dan əlavə uzaq mənzilli raketlərin alınacağı təqdirdə, onların istifadə ediləcəyini əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31