Rusiyada əhaliyə pis xəbər: Çağırış il boyu davam edəcək!

Rusiya Dövlət Duması bütün təqvim ili ərzində hərbi xidmətə çağırışın həyata keçirilməsinə dair qanun layihəsini birinci oxunuşda qəbul edib.

Olaylar.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.

Məlumata görə, sənəddə yanvarın 1-dən dekabrın 31-dək orduya çağırış təklif olunur:

"Dəyişikliklərə əsasən, bu müddətə hərbi komissarlığa çağırışla yanaşı, tibbi müayinə, peşə psixoloji müayinəsi, çağırış komissiyalarının iclasları da daxildir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31