Azarkeşlər "Qarabağ"ı 5 min manat xərcə saldı
12:02 DünyaAFFA İntizam Komitəsi "Sabah", "Qarabağ" və "Araz-Naxçıvan" klublarını cərimələyib.Bakupost.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.21.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun "Araz-Naxçıvan" - "Qarabağ" oyununun 28-ci dəqiqəsində "Araz-Naxçıvan" komandasının 5 nömrəli futbolçusu Slavik Alxasov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, "Araz-Naxçıvan" komandası 500 manat cərimə edilsin (maddə 17.7);
21.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun "Araz-Naxçıvan" - "Qarabağ" oyununun 60-cı dəqiqəsində "Qarabağ" komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə "Qarabağ" klubu 5000 manat cərimə edilsin (maddə 52.5);
20.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun "Sabah" - "Turan Tovuz" oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə "Sabah" klubu 2000 manat cərimə edilsin (maddə 99, 94, 57.2);