Venesuelanın şimal-qərbində 6,2 bal gücündə zəlzələ baş verib.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, 7,8 kilometr dərinlikdə baş verən zəlzələ Kolumbiyanın sərhəd bölgələrində hiss olunub.
Can və mal itkisi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.