Rusiya kəşfiyyatı Gürcüstanda eyni ssenarini tətbiq edir- ÖZƏL

"Rusiya hakimiyyəti miqrantların uşaqlarını rus dili bilmədiyi üçün məktəblərə qəbul etməmək qərari verib. Rusiyada şovinizm Kremldən idarə olunur. Digər millətlərə qarşı ayrı -seçkilik siyasəti hər keçən gün inkişaf edir". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Rusiyanın tətbiq eyni qaydanı Kremlin vassalı Gürcüstan hökuməti edir. Gürcüstanda azərbaycanlılara qarşı getdikcə hücumlar həyata keçirilir. Bu gün Gürcüstanda bir gürcü  yaşayan azərbaycanlıya tapança ilə hücum edərək "niyə gürcü dilini bilmirsən?!- kimi hədələyib. Ötən həftə azərbayacanlıya analoji hadisə olmuşdu. 
Rusiya kəşfiyyatı Gürcüstanda eyni ssenarini tətbiq edir. Gürcüstan hökuməti isə, proseslərdən məmnun görünür. Gürcüstanda hakim "Gürcü Arzusu" partiyasi Rusiyanin layihəsi olduğunu sübut edib. Gürcüstan 90-cı illərin ölkəsinə çevrilmək yolundadır. Gürcüstanda milli hakimiyyətin formalaşması Azərbaycanın maraqlarına cavab verir.
Rəsmi Bakı Gürcüstan hakimiyyəti ilə danışıqlar aparmalı və bu təxribatların qarşısını alınmasını tələb etməlidir. Rusiya iki xalq arasında yeni təxribatlara əl atdığını onların nəzərinə çatdırmalıdır. Baş verənlər Gürcüstan hökuməti üçün mənfi proseslərə gətirib çıxara bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31