Sərkisyandan Gəncə ilə bağlı gözlənilməz etiraf – Rubinyan açıqladı

Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərin suallarını cavablandırarkən Ukrayna ilə bağlı son vəziyyətə toxunub.

Globalinfo.az xəbər verir ki, Peskov Ukraynanı danışıqlardan yayınmaqda ittihham edib. O, bildirib ki, Rusiya danışıqlara açıqdır, lakin Kiyev tərəfi tamamilə passiv mövqe nümayiş etdirir.

"Görünür, ukraynalılar Avropadakı sponsorlarına və liderlərinə döyüşə biləcəklərini göstərməyə çalışırlar. Lakin unutmaq olmaz ki, Ukrayna tərəfi vəziyyəti müzakirə etməkdən boyun qaçırdıqca cəbhə xəttində geriləməyə davam edəcək", - Kremlin sözçüsü vurğulayıb.

O, Qərbdə səslənən "Ukrayna öz ərazilərini geri ala bilər" tezisini yanlış adlandırıb.

Peskov həmçinin bildirib ki, Ukraynada aparılan müharibə Rusiyanın təhlükəsizliyi və maraqlarını təmin etmək və böhranın əsas səbəblərini aradan qaldırmaq məqsədi daşıyır.

ABŞ-la münasibətlər mövzusuna da toxunan Kremlin sözçüsü Vaşinqtonla dialoqun istəniləndən daha ləng getdiyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31