İranla bağlı məlumatları ötürmək üçün gəlib: Görün ABŞ-dan nə umur
18:01 DünyaBeynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi BMT-nin baş katibi olmaq üçün ABŞ-ın dəstəyini almaq istəyir.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Mənbələr bildirib ki, o, rəsmi olaraq Vaşinqtona yüksək rütbəli məmurları İrandakı vəziyyətlə bağlı məlumatlandırmaq üçün gəlib, lakin qeyri-rəsmi olaraq Qrossi səfərdən BMT-də yüksək vəzifə tutmaq istədiyini aydınlaşdırmaq üçün istifadə edib.
Onlarla yüksək səviyyəli diplomat və MAQATE rəsmiləri Qrossinin strategiyasının Tramp administrasiyası və onun müttəfiqlərinin güclü dəstəyinə əsaslandığını deyirlər.
"Bu, hazırkı baş katibdən böyük bir addım olardı", - deyə MAQATE-nin Baş Konfransı çərçivəsində ABŞ-ın energetika naziri Kris Rayt deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31