Zelenski BMT kürsüsündən: “Ukraynanın güclü raketləri yoxdur, amma...”
17:59 Dünya"Ukraynanın güclü raketləri yoxdur, amma 2-3 min km uçan dronları var".
B sözləri BMT Baş Assambleyasında çıxışı zaman Ukrayna prezidenti Vladimir Zelenski bildirib. O, qeyd edib ki, ölkəsinin iri və güclü raketləri olmasa da, uzun məsafələr qət edə bilən pilotsuz uçuş aparatları mövcuddur.
"Bizim başqa seçimimiz yox idi, onları yaratmalı olduq. Bu dronlar 2-3 min kilometr uça bilir", - deyə Zelenski vurğulayıb.
Dövlət başçısı həmçinin qeyd edib ki, indi Putini dayandırmaq, gələcəkdə hər limanı və gəmiləri qorumağa çalışmaqdan daha ucuz başa gələcək:
"Biz aqressoru dayandırmaq üçün başqa cür, birlikdə hərəkət etməliyik. Yalnız o zaman bu silahlanma yarışının fəlakətə çevrilməsinin qarşısını ala bilərik".Musavat.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31