Ukrayna Novorossiyski vurur: ölənlər var

Ukrayna ordusu Rusiyanın Novorossiysk şəhərinə PUA-larla zərbə endirir.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, hücumlar həm PUA, həm də suüstü dronlar vasitəsilə həyata keçirilir və əsas hədəf şəhərin limanıdır.

Zərbələr nəticəsində 2 nəfərin öldüyü barədə məlumat verilib.

Krasnodar diyarının qubernatoru Venyamin Kondratyevin sözlərinə görə, zərbələr nəticəsində 5 yaşayış evinin, eləcə də otelin binası zədələnib.

Qubernator bildirib ki, hava hücumundan müdafiə sistemləri hücumun qarşısını alır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31