Trampa sui-qəsddə ittiham olunan şəxs məhkəmədə intihara cəhd edib - ÖZƏL
12:34 Dünya59 yaşlı Rayan Raut, ABŞ Prezidenti Donald Trampa sui-qəsd cəhdi ilə ittiham olunan şəxs, məhkəmə zalında intihara cəhd edib. Hadisə keçən il Floridada, Trampın qolf oynadığı zaman baş verən ikinci sui-qəsd cəhdi ilə əlaqədar keçirilən məhkəmə zamanı baş verib. Raut bütün ittihamlar üzrə günahkar bilinib. Məhkəmə hökmü elan edildikdən sonra o, qələm vasitəsilə boğazını kəsməyə cəhd edib, lakin təhlükəsizlik əməkdaşları müdaxilə edərək onu dayandırıblar, Olaylar.az xəbər verir ki, bu barədə CNN xəbər verir. Rautun hökmü 18 dekabr tarixində elan olunacaq və ona ömürlük həbs cəzası verilə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31