ABŞ dövlət katibi: Tramp dünyada ən çox sülh təşəbbüslərinə nail olan liderdir – ÖZƏL
12:32 DünyaABŞ prezidenti Donald Tramp dünyada sülh təşəbbüslərinə və təkliflərinə ən çox vaxt və enerji sərf edən, həm də bu sahədə ən uğurlu nəticələr əldə edən liderdir.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bəyanat verib.
"Unutmayaq ki, Konqo Demokratik Respublikası və Ruandada müharibə gedirdi və məhz ABŞ prezidenti bu münaqişənin həllində vasitəçi oldu. Ermənistan və Azərbaycan arasındakı münaqişəni də məhz ABŞ prezidenti tənzimlədi. Tailand və Kamboca arasındakı qarşıdurmaya son qoyan da ABŞ prezidenti oldu. Hindistan və Pakistan arasındakı münaqişənin həllinə də məhz ABŞ prezidenti nail olub. Bunu edən başqa heç bir dünya lideri deyil, məhz ABŞ prezidentidir", - deyə Rubio bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31