Peskov: “Rusiya pələng deyil, həqiqi ayıdır” - ÖZƏL

Olaylar.az xəbər verir ki,  Kreml sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Rusiyanı "kağız pələng" adlandırmasına cavab verib. Peskov bildirib ki, "Rusiya pələng deyil. Əslində, Rusiya daha çox ayı ilə assosiasiya olunur. Kağız ayılar mövcud deyil, Rusiya isə həqiqi ayıdır".
O əlavə edib ki, "Rusiya makroiqtisadi sabitliyi qoruyur, lakin müəyyən gərginliklər və iqtisadiyyatın müxtəlif sahələrində problemlər mövcuddur. Bu, iqtisadi məhdudiyyətlər, sanksiyalar və qlobal iqtisadi qarışıqlıqla əlaqəlidir". Qeyd edək ki, Donald Tramp sosial şəbəkədə yazıb ki, Rusiyanın ciddi iqtisadi problemləri var və Ukrayna Avropa İttifaqının dəstəyi ilə öz ərazilərini bərpa edə biləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31