Kreml: Putin Zelenski ilə görüşə hazırdır, amma...
11:59 DünyaRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşə hazırdır, lakin bu görüş hazırlıqsız baş tutarsa, yalnız "PR-aksiya" kimi qiymətləndiriləcək.
Olaylar.az-ın məlumatına görə Peskov əlavə edib ki, Putin həmçinin ABŞ prezidenti Donald Trampın Ukrayna-Rusiya konflikti ilə bağlı bəyanatlarını tam qəbul edə bilməz. Trampın məqsədini isə dünyanı ABŞ nefti və qazını daha baha almağa məcbur etmək kimi qiymətləndirib.
Kreml nümayəndəsi qeyd edib ki, Kiyev görüş üçün təklif etdiyi yerləri, o cümlədən İsveçrə və Avstriya, qəbul etməyib və Zelenskinin Moskvaya gəlməməsini də təəccüblü hesab edir. Bununla belə, Putin Trampın Ukrayna konfliktinin həllinə yardım etmə hazırlığını yüksək qiymətləndirir.
Peskov Rusiya iqtisadiyyatının sanksiyalara və qlobal iqtisadi çətinliklərə baxmayaraq dayanıqlı olduğunu vurğulayıb.