Zelenski: Çin istəsə, Rusiyanı müharibəni dayandırmağa məcbur edə bilər – ÖZƏL
11:02 DünyaOlaylar.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib ki, müasir Rusiya Federasiyası tamamilə Çindən asılıdır və Pekin istəsə, Moskvanı Ukraynaya qarşı müharibəni dayandırmağa məcbur edə bilər.
"Əgər Çin həqiqətən bu müharibənin bitməsini istəsəydi, o, Moskvanı bu işğalı dayandırmağa məcbur edə bilərdi. Çin olmadan Putin Rusiyası heç nədir. Amma Çin susur və biganə davranır, sülh naminə hərəkət etmək əvəzinə laqeydlik göstərir", - deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Ukrayna və dünya qarşısına çıxmaqdan çəkinir, mühüm tədbirlərə isə nümayəndə heyətləri göndərir:
"Burada Rusiyanın nümayəndəsi var, amma aydındır ki, o, real qərar qəbul edən şəxs deyil. Çünki Ukraynanın və dünyanın qarşısında açıq şəkildə etiraf etməkdən qorxur ki, onun istədiyi yalnız müharibədir".
Zelenski əlavə edib ki, Putinin xarici səfərləri - istər Pekinə, istərsə də başqa ölkələrə - yalnız vaxt qazanmaq, qətliamı davam etdirmək üçün edilir: "O, sanki diplomatiya istəyirmiş kimi görünür, amma əslində, məqsəd ancaq daha çox vaxt qazanmaqdır".