Almaniya Avropada hərbi islahatın lideri olmağa hazırlaşır - ÖZƏL
10:58 DünyaAlmaniya Avropa İttifaqı (Aİ) ölkələrinin silahlanmasının modernləşdirilməsi proqramında aparıcı rol oynamağa hazırlaşır. Olaylar.az xəbər verir ki, Financial Times qəzeti Berlindən əldə etdiyi siyasi sənədə istinadla xəbər verir ki, Almaniya birgə silah layihələrində lider kimi çıxış etməyi planlaşdırır və bununla artan xarici təhdidlərə qarşı reaksiyanı gücləndirməyi hədəfləyir.
Sənəd oktyabrda nəzərdə tutulan Aİ liderlərinin görüşü öncəsi hazırlanıb. Görüşdə Brüssel 2030-cu ilə qədər Aİ-nin müdafiə imkanlarını gücləndirəcək yol xəritəsini təqdim etməyi planlaşdırır..Berlində təklif edirlər ki, "kollektiv potensial koalisiyaları" yaradılsın - yəni dövlətlər müəyyən sahələrdə, məsələn hava hücumundan müdafiə sistemlərinin hazırlanması və alınmasında birgə fəaliyyət göstərsin. Sənəddə vurğulanır ki, Almaniya bu prosesdə aparıcı rol oynamağa hazırdır. Layihələrin əksəriyyəti "şərq cinahının müdafiəsinə yönəlməlidir". Almaniya həmçinin Avropa Müdafiə Agentliyinin "Avropa miqyasında alışların koordinasiyası və standartların müəyyənləşdirilməsi" sahəsində daha fəal rol oynamalı olduğunu hesab edir. Sənədə görə, layihələr Ukrayna və bu hüquqa malik digər ölkələr üçün açıq olacaq. Almaniya silah istehsalının tənzimləməsinin yumşaldılmasını, dövlət dəstəyi və rəqabət qaydalarının sadələşdirilməsini təklif edir və layihələrin maliyyələşdirilməsinin yeni ümumi borc hesabına aparılmasına qarşı çıxır.