Britaniya BMT-ni “gəzən ölü” adlandırdı - ÖZƏL

BMT 80 illik yubileyinə yaxınlaşarkən ən ciddi böhranla üz-üzə qalıb. Olaylar.az xəbər verir ki,  Britaniyanın Financial Times nəşri yazır ki, təşkilat getdikcə "gəzən ölü"yə çevrilir və Millətlər Liqasının taleyini təkrarlamaq riski daşıyır. BMT-yə ünvanlanan sərt tənqidlər təkcə Britaniyadan deyil, həmçinin Rusiya və ABŞ-dan da səslənir. Yeni Roma Papası XIV Lev qeyd edib ki, BMT artıq "insanları birləşdirmək qabiliyyətini itirib". BMT-nin sabiq baş katibi Kofi Annanın köməkçisi Nader Musavizadə isə bildirib ki, təşkilat yalnız xarici deyil, həm də daxili böhran yaşayır. Onun sözlərinə görə, "son 20 ildə BMT-nin nüfuzu, potensialı və təsir gücü, xüsusən də ən kasıb təbəqələr və münaqişə bölgələrində yaşayan insanlar arasında zəifləyib. İndiki böhran isə böyük dövlətlərin yenidən rəqabətə və qarşıdurmaya qayıtması ilə bağlıdır". Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələr BMT-nin islahata ehtiyac duyduğunu vurğulamışdılar. Onların sənədində qeyd olunurdu ki, təşkilat müasir siyasi və iqtisadi reallıqlara uyğunlaşdırılmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31