İsveç Müdafiə Naziri: “Avropa hərbi dövrlərə hazır olmalıdır” - ÖZƏL

İsveçin müdafiə naziri Pol Yonson Avropanın sakit dövrlər düşüncəsindən çıxaraq hərbi dövrlərə hazırlıq vəziyyətinə keçməli olduğunu bildirib. Olaylar.az xəbər verir ki,  Berlinə səfəri zamanı Yonson deyib: "Biz yeni Avropa düşüncə tərzini qəbul etməliyik - sakit dövr düşüncəsindən hərbi dövrlərə hazırlığa keçməliyik". Nazirin sözlərinə görə, Rusiya hərbi sahədə getdikcə güclənir, uzaqmənzilli silahların istehsalında və radioelektron mübarizədə böyük irəliləyişlər əldə edir. O qeyd edib ki, Ukraynaya maliyyə dəstəyi göstərən ölkələrin sayı azalır. "Qərb ölkələri Ukraynanı Rusiya qarşısında həm qalxan, həm də qılınc kimi görürlər", - deyə Yonson vurğulayıb. İsveç müdafiə naziri həmçinin NATO ölkələrinin müdafiə imkanlarının artırılmasında bərabər səylər göstərmədiyini qeyd edib: "Müdafiəyə sərmayələr baxımından alyans daxilində müxtəlif yanaşmalar var. Bu yaxşı deyil. Mən müdafiə investisiyalarında parçalanmanı görmək istəməzdim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31