İspaniya Baş Naziri Qəzzadakı zorakılığı dayandırmaq üçün beynəlxalq tədbirlərə çağırdı - ÖZƏL

İspaniyanın Baş Naziri Pedro Sançes BMT-nin Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli tədbirdə beynəlxalq ictimaiyyəti Qəzza sektorunda baş verən zorakılığı dərhal dayandırmaq üçün tədbir görməyə çağırıb. Olaylar.az xəbər verir ki,  İspaniya hökumətinin mətbuat xidməti xəbər verir ki, Sançes həmçinin Fələstinin mümkün qədər tez BMT-nin tam hüquqlu üzvü olmasına dəstək verdiyini bildirib. Qeyd olunur ki, Baş Nazir Qəzzada baş verən "barbarlığı" dayandırmaq üçün dərhal hərəkət edilməsini tələb edib. Madrid hökuməti Qəzza ilə bağlı İsrailə qarşı sərt mövqe tutur. 8 sentyabrda Sançes bir sıra tədbirləri elan edərək, məqsədin "Qəzzada genosidi dayandırmaq" olduğunu bildirib. Bunlar arasında, Qəzza sektorunda genosid, insan hüquqlarının pozulması və hərbi cinayətlərdə birbaşa iştirak edən şəxslərin İspaniya ərazisinə girişinin qadağan edilməsi də yer alıb. Qeyd edək ki, Yaxın Şərqdə vəziyyət 7 oktyabr 2023-cü ildə HƏMAS tərəfdarlarının Qəzza sektorundan İsrail ərazisinə keçməsi, sərhəd kəndlərinin sakinlərinin öldürülməsi və 250-dən çox girovun tutulması ilə kəskinləşib. İsrail buna cavab olaraq HƏMAS-ın hərbi və siyasi strukturlarını məhv etmək və girovları azad etmək məqsədilə hərbi əməliyyatlara başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31