Qazaxıstan Enerji Nazirliyi: Özbəkistana benzin satışı davam etmir – ÖZƏL
10:21 DünyaQazaxıstanın Enerji Nazirliyi Özbəkistana benzin satışının davam etməsi barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bəyan edib.
Olaylar.az xəbər verir ki, ArbatMedia-nın məlumatına görə, nazirliyin açıqlamasında bildirilir ki, Qazaxıstan daxilində yanacağın ixracına qadağa qoyulub və hazırda neft məhsullarının digər ölkələrə, o cümlədən Özbəkistana ixracı həyata keçirilmir.
Məlumatda vurğulanır ki, mediada yayılan xəbərlər aprel-may aylarında, ölkədə yanacaq ehtiyatlarının çox olduğu bir dövrdə görülən müvəqqəti tədbirlə bağlıdır. Həmin vaxt daxili bazarda yaranan artıqlığın ixrac edilməsi qərarı verilmiş, bu da beynəlxalq təcrübəyə uyğun olaraq, saxlanclara optimizasiya etməyə və əlavə vergi gəlirləri əldə etməyə imkan verib.
İyun ayından etibarən isə ixrac tamamilə dayandırılıb. Bu qərar neftayırma zavodlarında planlaşdırılan təmir işlərindən əvvəl strateji ehtiyatların yaradılması məqsədilə qəbul edilib. Dövlət tənzimləməsinin ləğvi və ixraca qadağanın tətbiqi daxili bazarı sabitləşdirməyə və yanacaq ehtiyatlarını əhəmiyyətli dərəcədə artırmağa kömək edib. Nəticədə, yay aylarına doğru AI-92 benzinin ehtiyatları demək olar ki, 70%, dizel yanacağının ehtiyatları isə 78% artıb.