Tramp Zelenski ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Ukrayna lideri Volodimir Zelenski ilə görüşəcək.

Trend xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.

"Prezident həmçinin BMT-nin baş katibi, Argentina və Avropa İttifaqının liderləri ilə ikitərəfli görüşlər keçirəcək", - Livitt əlavə edib.

Həmin gün Trampın Qətər, Səudiyyə Ərəbistanı, İndoneziya, Türkiyə, Pakistan, Misir, BƏƏ və İordaniya nümayəndələri ilə çoxtərəfli görüşlər keçirəcəyi də gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31