Dünya şöhrətli süni intellekt alimi Aleksandr Qorban vəfat edib.- ÖZƏL

Dünya şöhrətli süni intellekt (Sİ) alimi, N.Q. Lobachevski adına Nijni Novqorod Dövlət Universitetinin professoru Aleksandr Qorban 73 yaşında vəfat edib.

Olaylar xəbər verir ki, universitetin mətbuat xidmətinin məlumatına görə, "Aleksandr Nikolayeviç Qorbanın vəfatı bizim üçün böyük itkidir". Qorban NNDU-nun Perspektivli Məlumat Analizi Metodları Elmi-Tədqiqat Laboratoriyasının baş elmi işçisi və universitetin fəxri doktoru idi.

O, həmçinin 2024-cü ildə Rusiyada Mərkəzi Universitet və AIRI İnstitutunun birgə açdığı Süni İntellekt, Məlumat Analizi və Modelləşdirmə Laboratoriyasına rəhbərlik etmiş, ölkədə süni intellektin inkişaf etdirilməsi üçün xaricdən geri dönmüşdü.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31