Polyanski: Rusiya Avropada təhlükəsizlik üzrə ciddi müzakirələrə hazırdır - ÖZƏL
20:48 DünyaRusiya BMT-də daimi nümayəndəliyinin birinci müavini Dmitri Polyanski bildirib ki, Rusiya Avropada təhlükəsizlik mövzusunda "ciddi müzakirələrə" hazırdır.
Olaylar xəbər verir ki, bu barədə o, BMT Təhlükəsizlik Şurasının iclasında məlumat verib.
"Avropada təhlükəsizlik, bizim ortaq qitəmizin taleyi və onu hər kəs üçün firavan və təhlükəsiz etmək yolları barədə ciddi müzakirə etmək istəsəniz - biz buna hazırıq, və siz bilirsiniz bizi harada tapa bilərsiniz", - deyə Rusiya BMT-dəki nümayəndəliyi onun sözlərini sitat gətirib.
Həmçinin, Polyanski Estoniyanın iddia etdiyi Rusiya tərəfinin hava məkanını pozması barədə heç bir sübutun olmadığını qeyd edib.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31