Suriya lideri əl-Şara və Petreus ABŞ-da görüşdü - ÖZƏL
20:10 DünyaSuriya prezidenti Əhməd əl-Şaraa Nyu-Yorka gəldikdən sonra 2011-2012-ci illərdə MKİ-yə rəhbərlik etmiş keçmiş direktor Devid Petreus ilə görüşüb.
ABŞ kəşfiyyatının rəhbəri əl-Şaraaya "Sizi görmək mənim üçün böyük şərəfdir" deyə salam verib. Əl-Şaraa isə Petreusla danışarkən bildirib: "Əvvəllər döyüş meydanında olmuşuq, amma indi 'dialoq meydanına' keçmişik".
Əhməd əl-Şaraa yüksək səviyyəli nümayəndə heyəti ilə Vaşinqtona səfər edərək Nyu-Yorkda BMT Baş Assambleyasında çıxış edəcək. Bu, 1967-ci ildən bəri Suriya liderinin ABŞ-a ilk səfəridir.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31