Kimball: Tramp Putinin Yeni START təklifini təsdiqləməlidir - ÖZƏL

ABŞ Silahlanmaya Nəzarət Assosiasiyasının icraçı direktoru Darel Kimball prezident Donald Trampı rusiyalı həmkarı Vladimir Putinin Yeni START müqaviləsi ilə bağlı təklifini təsdiqləməyə çağırıb.

"Biz prezident Trampı qarşılıqlı addım atmağa və həm Kremlin, həm də Ağ Evin komandalarına mürəkkəb məsələlərin həlli üçün danışıqlara dərhal başlamağı tapşırmağa çağırırıq", - deyə o, bildirib.

Xatırladaq ki, bundan əvvəl Vladimir Putin müqavilənin müddəti başa çatdıqdan sonra da Yeni START-ın müddəalarına əməl etməyə hazır olduğunu bəyan etmişdi. Dövlət başçısı həmçinin vurğulayıb ki, Rusiya silahlanma yarışının alovlandırılmasında maraqlı deyil.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31