Özbəkistanda toylara ciddi nəzarət: İştirak üçün konkret rəqəm müəyyən edildi
18:30 DünyaÖzbəkistanda toy və digər ailəvi mərasimlərin keçirilməsi qaydasına ciddi nəzarətin qurulması üçün kompleks yanaşma elan olunub.
Olaylar xəbər verir ki, qaydalar hamıya eyni dərəcədə şamil ediləcək və nəzarət orqanları onun praktiki icrasına daim nəzarət edəcəklər.
Qərarda qeyd olunur ki, toy, ailə və digər mərasimlər 2019-cu ildə qəbul edilmiş birgə qərarın tələblərinə ciddi riayət edilməklə həyata keçiriləcək. Xüsusən də ailəvi tədbirlərdə 200, toy məclislərində isə 250 nəfərədək qonaq iştirak edə biləcəyi dəqiq göstərilib.
Həmçinin Özbəkistanın milli dəyərlərinə yad, həddən artıq təmtəraqlılığa səbəb olan bəzi ayin və şoular da ciddi şəkildə məhdudlaşdırılacaq.
Prezident Şavkat Mirziyoyevin 2025-ci il aprel tarixli fərmanı ilə bu prosedurların daha da təkmilləşdirilməsi mexanizmlərinin işlənib hazırlanması vəzifəsi qoyulub. Avqust ayında parlament qərar layihəsi qəbul edib ki, bu da gənclərdə qənaət və rasional istehlak mədəniyyətinin formalaşdırılmasına xidmət edəcək yeni qaydaları özündə əks etdirir.