Karapetyan: Ona qarşı olanları “tatar-monqol” adlandıran biri sülh istəyə bilməz
18:26 Dünya"Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın sülh gətirəcəyinə həmişə şübhə etmişəm".
Olaylar xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Mariya Karapetyan deyib.
"Levon Ter-Petrosyanın səhifəsində bəzi cəfəngiyyatlar dərc olunub. Bununla belə, 2017-ci ildə sülh gündəliyinə səs verdiyim üçün peşman deyiləm.
Həmişə şübhə edirdim: Kilikiya haqqında xəyallarla yaşayan və ona qarşı olanları "tatar-monqol" adlandıran siyasi düşüncə bizə çətin ki, sülh gətirsin, amma sülhü dəstəkləmək lazım olan konkret gün var idi, o da həmin gün bunu etmədi", - deputat bildirib.
Xatırladaq ki, Levon Ter-Petrosyan bundan öncə Baş nazir Nikol Paşinyanın Ermənistanı müstəqil görmək istəmədiyini iddia edib: "Müstəqilliyin ildönümü Paşinyanın bayramı deyil. Çünki o, həmin müstəqilliyə nifrət edir, çünki onu o yox, başqaları gətirib".
Ermənistanın keçmiş prezidenti paylaşımında açıq şəkildə Cənubi Qafqazda sülhə qarşı çıxaraq, bunun ölkəsinin əleyhinə olduğunu qeyd edib.
Kilikiyaya gəlincə, bu, ermənilərin uydurduğu "tarixi dövlət"dir.