“Apple" tarixinin ən bahalı "iPhone"u gəlir - Bu tarixdə...

"Apple" 2026-cı ildə satışa çıxaracağı qatlana bilən "iPhone" modeli ilə texnologiya dünyasında yenilik yaratmağa hazırlaşır.

Olaylar xəbər verir ki, yeni cihaz ultra nazik titan çərçivəyə sahib olacaq və qiyməti 2000 dollardan yuxarı olacağı üçün şirkətin tarixindəki ən bahalı "iPhone" olacaq.

Məlumata görə, modelin dizaynı yan-yana yerləşdirilmiş iki "iPhone Air "modelinə bənzəyəcək. "Apple" bu cihazı kütləvi satış üçün deyil, daha çox dizayn və mühəndislik vizyonunu nümayiş etdirmək məqsədilə təqdim edəcək. Təqdimatın oktyabr və ya noyabr aylarında baş tutacağı gözlənilir.

İstehsal prosesi əsasən Çində aparılacaq və mürəkkəb dizayn səbəbindən Apple ən təcrübəli istehsal tərəfdaşları ilə işləməyə davam edəcək. Yeni qatlanan "iPhone", həm şirkətin "iPhone" strategiyasında yeni bir era açacaq, həm də istifadəçilərin qatlanan telefonlara baxışını dəyişdirəcək.

Qiymət gözləntilərinə görə, cihazın bəzi modelləri 2100-2300 dollar aralığında olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31