Çin Müdafiə Nazirliyi: Çin və ABŞ hərbi kanalları açıq saxlamalıdır - ÖZƏL
16:40 DünyaÇin və ABŞ silahlı qüvvələri hərbi xətt üzrə qarşılıqlı əlaqə kanallarını açıq saxlamalı və konkret addımlarla iki ölkə və ordular arasında sağlam münasibətlərin inkişafına töhfə verməlidir. Olaylar.az xəbər verir ki, bu barədə Çin müdafiə naziri Donq Jun ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Adam Smitlə görüşündə bildirib. Nazirin sözlərinə görə, hər iki tərəf hərbi sahədə işlək ünsiyyət və əməkdaşlıq kanallarını qoruyub saxlamalı, münasibətlərin sabit, sağlam və davamlı inkişafına töhfə verməlidir. Donq Jun əlavə edib ki, Çin ordusu ABŞ Silahlı Qüvvələri ilə bərabərlik, hörmət, sülh şəraitində birgəyaşayış və müsbət inkişaf prinsipləri əsasında münasibətlər qurmağa hazırdır:
"Eyni zamanda, Çin ordusu milli suverenliyi, təhlükəsizliyi və inkişaf maraqlarını qətiyyətlə müdafiə edəcək", - deyə nazir vurğulayıb.