Tiqran Abramyan: “Avropa ordularını gücləndirir, Ermənistan isə illüziyalarla yaşayır” – ÖZƏL

Avropanın bir çox dövlətləri, hərbi münaqişə vəziyyətində olmamalarına baxmayaraq, hərbi büdcələrini artırıb. Bəzi ölkələr isə peşəkar ordulara malik olmalarına baxmayaraq, məcburi hərbi xidmətin bərpasını müzakirə edir. 

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan Respublikasının müxalifətçi deputatı, Respublikaçı Partiyanın üzvü Tiqran Abramyan sosial şəbəkədə yazıb.

Deputat qeyd edib ki, bu ölkələr real müharibə təhlükəsi ilə üzləşməsələr də, ordularını modernləşdirir və döyüş qabiliyyətini gücləndirirlər. Onun sözlərinə görə, diplomatik uğurlar ilk növbədə güclü təhlükəsizlik mexanizmləri və döyüş qabiliyyətli ordulara əsaslanır.

"Bəs Ermənistan hakimiyyəti indiki reallıqlarda nə təklif edir? Türkiyə-Azərbaycan zəmanətlərinə arxalanmaq və sadəcə olaraq "sülhdən" zövq almaq?" - deyə Abramyan bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31