8,5 milyardlıq mənimsəmədə ittiham olunan şəxs ekstradisiya edilib – ÖZƏL
22 Sentyabr 10:42 DünyaRusiyadan Qazaxıstana 8,5 milyard təngə məbləğində büdcə vəsaitini mənimsəməkdə ittiham olunan şəxs ekstradisiya edilib.
Olaylar.az xəbər verir ki, bu barədə ArbatMedia məlumat yayıb.
Prokurorluğun məlumatına görə, 2020-2022-ci illərdə həmin şəxs inşaat şirkətinə rəhbərlik edib və tərəfdaşları ilə birlikdə saxta müqavilələr tərtib edərək vəsaitləri əlaqəli firmalar vasitəsilə çıxarıb. Nəticədə "Samruk-Energo"nun törəmə müəssisəsindən Akmola vilayətində külək elektrik stansiyasının tikintisi üçün ayrılmış 8,5 milyard təngə mənimsənilib.
Cinayətdən sonra şübhəli ölkədən qaçaraq beynəlxalq axtarışa verilib. 2025-ci ilin fevralında o, Rusiyada saxlanılıb və Qazaxıstan Baş Prokurorluğunun sorğusu əsasında ekstradisiya olunub.
Artıq bu iş üzrə digər iştirakçılar müxtəlif müddətə azadlıqdan məhrum ediliblər. Ekstradisiya olunan şəxs isə 5 ildən 10 ilədək həbs və əmlakının müsadirəsi ilə üzləşə bilər.