İran XİN rəhbəri BMT Baş Assambleyası çərçivəsində "Avropa üçlüyü" ilə danışıqlar aparacaq
10:35 Dünyaİranın xarici işlər naziri Abbas Araqçi BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Avropa İttifaqının 3 ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) ilə danışıqlar aparacaq.
Olaylar.az-ın məlumatına görə, bu barədə İran KİV-ləri xəbər verib.
Məlumata əsasən, görüş sentyabrın 22 və ya 23-də baş tuta bilər.
Danışıqlarda Avropa İttifaqının xarici işlər naziri Kaya Kallas da iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31