Paşinyanın partiyasının yeni idarə heyəti açıqlandı

Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" partiyası səsvermənin nəticələrinə əsasən yeni idarə heyətinin tərkibini elan edib.

Olaylar.az xəbər verir ki, idarə heyətinə ən çox səs toplamış baş nazir Nikol Paşinyan (826 səs) rəhbərlik edir. Onun ardınca iqtisadiyyat naziri Gevork Papoyan (707 səs) gəlir. İlk üçlüyü isə deputat Vaagn Aleksanyan (688 səs) tamamlayır.

İyirmilik siyahıya həmçinin müdafiə naziri Suren Papikyan, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan, "Elsetey" şirkətinin müvəqqəti rəhbəri Romanos Petrosyan və digər tanınmış fiqurlar daxil olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31