Aİ-də miqrasiya rəqəmləri: Gürcüstan öndə, Ermənistan geridə

14  21.09.2025 19:24  Dünya A  A 

Avropa Statistika İdarəsinin (Avrostat) məlumatına görə, 2024-cü ildə Avropa İttifaqında (Aİ) təxminən 31 min Gürcüstan vətəndaşı ilkin yaşayış icazəsi alıb.

Musavat.com xəbər verir ki, ümumilikdə isə ötən il Aİ-də müxtəlif ölkələrin vətəndaşlarına 3,5 milyon belə sənəd təqdim olunub ki, bu da 2023-cü illə müqayisədə 8,3 faiz azdır.

Region ölkələri arasında ən çox yaşayış icazəsi Türkiyə vətəndaşlarına verilib - 111,5 min nəfər. Onların ardınca Rusiya vətəndaşları gəlir - 78,8 min nəfər.

Azərbaycan vətəndaşları üçün bu göstərici 13,5 min nəfər olub. Ermənistan vətəndaşları isə 9,3 min yaşayış icazəsi əldə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31