İsrail-Suriya danışıqlarında irəliləyiş var – Netanyahudan açıqlama
17:20 Dünyaİsrailin Baş naziri Benyamin Netanyahu Suriya ilə aparılan danışıqlarda müəyyən nəticələrin əldə olunduğunu bildirib.
Musavat.com xəbər verir ki, Netanyahu çıxışında Livanda "Hizbullah"a qarşı qazanılan qələbənin regionda yeni imkanlar açdığını vurğulayıb: "Livanda 'Hizbullah'a qarşı əldə etdiyimiz qələbə elə fürsətlər yaratdı ki, biz bunları xəyal belə etmirdik. Bu, şimal qonşularımızla - Suriya ilə sülh imkanı da daxil olmaqla, yeni perspektivlər açır", - deyə İsrail baş naziri qeyd edib.
Baş nazirin bu açıqlaması İsrail-Suriya münasibətlərində mümkün yumşalmanın siqnalı kimi qiymətləndirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31