Kreml Trampın Putinin onu "aldatdığı" sözlərinə münasibət bildirdi - ÖZƏL
21:11 DünyaRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ prezidentinin bu situasiyaya emosional münasibəti tamamilə başa düşüləndir.
ABŞ prezidenti Donald Tramp Ukrayna böhranının həllinə yönəlmiş səylərini davam etdirir və bu mövzuya emosional yanaşması tamamilə başa düşüləndir.
Olaylar xəbər verir ki, Peskov bu fikri TASS agentliyinə Trampın Vladimir Putinin onu guya "aldatdığı" barədə açıqlamasına münasibətini soruşduqda bildirib.
"Biz ABŞ-ın və şəxsən prezident Trampın Ukrayna böhranının həllinə yönəlmiş siyasi iradəsini və niyyətini davam etdirdiyini nəzərə alırıq. Buna görə də prezident Trampın bu mövzuya kifayət qədər emosional yanaşması tamamilə başa düşüləndir," - Peskov bildirib.
Kreml nümayəndəsi vurğulayıb ki, Putin vəziyyəti siyasi-diplomatik yolla həll etməyə hazırdır və bunun üçün çox iş görür. Lakin "Kiyev rejimi və bəzi Avropa ölkələri qarşıdurma yolunu davam etdirmək üçün əlindən gələni edir." Bu isə konfliktin sülh yolu ilə həllinə maneə yaradır, - Peskov əlavə edib.
Daha əvvəl Tramp bildirib ki, Ukrayna konflikti nəticədə həll olunacaq. O etiraf edib ki, Ukrayna böhranının həlli ona Rusiyanın prezidenti ilə yaxşı münasibətləri səbəbindən asan görünürdü, lakin faktiki olaraq bu məqsədə çatmaq daha çətin oldu. Trampın sözlərinə görə, Rusiya lideri "onu aldatdı."
İbrahim Məmmədli