AB ilə Ermənistan arasında dialoq başlayıb - Qriqoryan

Bu gün Avropa Birliyi (AB) ilə Ermənistan arasında yüksək səviyyəli siyasi dialoq başlayıb.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini Mqer Qriqoryan İrəvanda AB-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosla birgə mətbuat konfransında bildirib.

"Bu, AB-nin 2024-cü ilin aprelində təsdiq etdiyi Dayanıqlılıq və İnkişaf Proqramı çərçivəsində çoxşaxəli büdcə dəstəyinin həyata keçirilməsini birlikdə müzakirə edəcəyimiz yeni platformadır", - o bildirib.

M.Qriqoryan, həmçinin qeyd edib ki, Vaşinqton və Brüsseldə yüksək səviyyədə əldə edilmiş razılaşmalar, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması və üçtərəfli bəyannamə regionda infrastrukturun açılması, "Tramp marşrutu"nun (Zəngəzur dəhlizinin bir hissəsi) reallaşması üçün yeni imkan yaradır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31