Revanşist deputat Köçəryanın partiyasından çıxdı
20:57 DünyaErmənistan parlamentinin deputatı Areqnaz Manukyan mandatından imtina etdiyini bildirib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o, qərarını Andranik Tevanyanın rəhbərlik etdiyi və partiya kimi qeydiyyatdan keçmək üçün müraciət etmiş "Ana Ermənistan" hərəkatına qoşulmaqla əsaslandırıb.
Qeyd edək ki, Areqnaz Manukyan Robert Köçəryana yaxın "Ermənistan" blokundan deputat seçilmişdi.
Manukyan bildirib ki, hərəkatın ideyalarını tam dəstəkləyir və orada çoxlu dostları var.
Qeyd edək ki, həmin partiya rusiyayönümlü sayılır. Partiyanın lideri Andranik Tevanyan hətta qanunsuz olaraq Ukraynanın işğal olunmuş torpaqlarına baş çəkib. Bundan başqa, Tevanyan Azərbaycana qarşı düşmən və revanşist mövqeyi ilə tanınır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31