Si Cinpin: ABŞ ticarətdə birtərəfli məhdudiyyətlərdən qaçmalıdır - ÖZƏL

ABŞ ticarətdə birtərəfli məhdudiyyətlərdən çəkinməlidir ki, danışıqlar nəticəsində əldə olunmuş uğurlar zədələnməsin.

Olaylar xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı zamanı bildirib.

Çin Mərkəzi Televiziyası onun sözlərini belə təqdim edir:

"ABŞ ticarətdə birtərəfli məhdudiyyətlər tətbiq etməkdən çəkinməlidir ki, çoxsaylı məsləhətləşmə raundları zamanı iki tərəf arasında əldə olunmuş uğurlar zədələnməsin."

Qeyd edək ki, Tramp daha əvvəl açıqlamışdı ki, 19 sentyabr, cümə günü Si Cinpin ilə telefon danışığı aparacaq.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31