Taylandda itkin düşən rus qadın qaçırılmış ola bilər - ÖZƏL
19:42 DünyaBangkokda itkin düşmüş 34 yaşlı rusiyalı qadın Erika Vladyko son dəfə şəhərin "cinayətkarlığın yüksək olduğu" ərazisində görülüb.
Olaylar "Mash"-a istinadən xəbər verir ki, qadın qaçırılmış ola bilər.
Məqalədə qeyd olunur: "Taylandda itkin düşmüş rus qadını yedizdirilmiş və ya qaçırılmış ola bilər - son dəfə o, arab barları və gecə klubları ilə məşhur cinayətkar bölgədə görüldü."
Telegram kanalı bildirir ki, söhbət Sukhumvit küçəsindən gedir; burada cinayətkarlıq, narkotik ticarəti və fahişəlik geniş yayılıb. Nəşr yazır ki, "bu ərazidə əsasən turist olan qızlar davamlı olaraq itir."
"Erika - bu ərazidən itkin düşən üçüncü rus qadındır," deyə məqalədə vurğulanır.
Qeyd olunur ki, Vladykonun axtarışı polis tərəfindən davam etdirilir.
Qadının itkin düşməsi barədə məlumatı 18 sentyabrda Telegram kanalı SHOT yayıb. Kanalın məlumatına görə, Erika 12 sentyabrda dörd yaşlı qızı ilə birlikdə otelə yerləşib. Daha sonra o, başqa bir telefondan taksi çağıraraq Sukhumvit soi küçəsinə gedib və bundan sonra əlaqəsi kəsilib. Otel əməkdaşları onun uşağını uşaq evinə təhvil veriblər.
İbrahim Məmmədli