Rusiyanın belini qıracaq daha bir xəbər Vaşinqtondan gəldi: O layihə Senatda!

ABŞ Senatına Rusiyanın neft ixracına qoyulan məhdudiyyətlərdən yan keçmək üçün istifadə etdiyi "kölgə donanması"na qarşı sanksiyaların tətbiqi ilə bağlı qanun layihəsi təqdim edilib.

Musavat.com xəbər verir ki, təşəbbüslə bağlı məlumat Senatın saytında dərc olunub.

"Rusiya Federasiyasının "kölgə donanması"na qarşı sanksiyaların tətbiqinə dair" qanun layihəsini Senatın Xarici Əlaqələr Komitəsinin sədri Cim Riş (Respublikası, Aydaho) təklif edib.

Sənədin həmmüəllifləri arasında senatorlar Ceyn Şahin (demokrat), Tom Cotton (respublikaçı), Şeldon Uaythaus (demokrat), Pitt Rekkets (respublikaçı), Riçard Blumental (demokrat), Kris Cons (demokrat), Lindsi Qrem (respublikaçı) var.

Qanun layihəsinin mətni hələlik ictimaiyyətə açıqlanmayıb. Lakin onun Rusiya neftinin beynəlxalq nəzarətdən kənarda daşınması ilə məşğul olan gəmilərə və şirkətlərə qarşı məhdudlaşdırıcı tədbirlər nəzərdə tutduğu bildirilir.

Qeyd edək ki, Rusiyanın neft gəlirlərindən məhrum edilməsi təklifinin əsas müəllifi prezidetnt Donald Trampdır. O, sentyabrın əvvəlindən Avropa İttifaqına Rusiyadan neft və neft məhsullarının alışının tam dayandırılmasını təklif edib. Ötən həftələrdə Aİ rəsmiləri Vaşinqtona gedərək Rusiyanın neft gəlirlərinin azaldılmasının qarşısının alınması üçün birgə addımların atılması məsələsini müzakirə ediblər. Həmin müzakirələrdən sonra Tramp Rusiyadan neft almağa davam edən Aİ ölkələrini hədələyib.

Ötən gün isə Donald Tramp bildirib ki, neft gəlirləri olmasa, Rusiya özü Ukraynadakı müharibəni dayandırmağa məcbur olacaq.

Bu gün Avropa Komissiyası da məhz Rusiyanın neft ixracına yönəlik sanksiyaları nəzərdə tutan 19-cu sanksiya paketini açıqlayıb. Proseslər göstərir ki, sanksiyalarla bağlı ABŞ-Avropa siyasətində nəhayət ki, uzlaşmaya nail olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31