İlk dəfə Oksford və Kembric universitetləri ən yaxşı üçlükdə yer ala bilmədi - ÖZƏL

Olaylar.az xəbər verir ki, Böyük Britaniyanın ən qədim universitetləri - Oksford və Kembric  ilk dəfə olaraq The Times və The Sunday Times tərəfindən 1993-cü ildən hazırlanan Good University Guide reytinqində ən yaxşı üçlükdə yer ala bilməyiblər. İkinci il ardıcıl olaraq Böyük Britaniyanın ən yaxşı universiteti kimi London İqtisadiyyat Məktəbi (LSE) seçilib. Onu Şotlandiyanın ən qədim universiteti Sankt-Endryus və keçən il beşinci yerdə olan Darem Universiteti izləyir. Oksford və Kembric isə bu dəfə dördüncü pilləni bölüşüblər. Reytinqi hazırlayanların sözlərinə görə, Darem Universiteti tədris və tədqiqat səviyyəsi, tələbə məmnunluğu və məzun nəticələri baxımından bir çox rəqiblərini üstələyib. Tələbə işlə təmin olunması kateqoriyasında isə universitet ikinci yerdə qərarlaşıb, birinci yer isə London İmperiya Kollecinə məxsusdur.
The Times və The Sunday Times reytinqinin redaktoru Helen Deyvis bildirib ki, "çox rəqabətli ən yaxşı onluqda Darem iki pillə yüksələrək mühüm nailiyyət göstərib". Universitetin mövqeyi "tədris keyfiyyətinin yüksəlməsi və tələbələr üçün şəraitin yaxşılaşdırılması" ilə möhkəmlənib.
Bundan əvvəl Tələbələr İşləri İdarəsinin (OfS) sədri Edvard Pek The Times-a açıqlamasında tədris keyfiyyətinin rəsmi reytinqlərinin universitetlərin təhsil haqqının müəyyənləşdirilməsində istifadə oluna biləcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31