Gürcüstan parlamentinin spikeri Tbilisidəki mitinqçiləri terrorçu adlandırıb - ÖZƏL
13:33 DünyaGürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili ölkədəki anti-hökumət mitinqlərində iştirak edən müxalifət nümayəndələrini və onların tərəfdarlarını "daxili terrorçular" adlandırıb. Olaylar.az xəbər verir ki, o, bildirib ki, hər axşam Tbilisidəki Rustaveli prospektində kiçik qruplar şəklində toplaşan insanlar hökumət əleyhinə etiraz aksiyaları keçirir və bu, daxili terrorizmə bənzəyir. Şalva Papuaşvili nümunə olaraq ABŞ-dakı hadisələri göstərib: "Prezident Trampın daxili terrorizm adlandırdığı hadisələr bizdə də baş verir. Gecə emosional narahatlığa qapılan insanlar şəhərdə hərəkət edir, səhər isə sakitləşirlər. Bu qrupların məqsədi zorakılıq yolu ilə hakimiyyəti dəyişməkdir", - deyə o bildirib. Spiker əlavə edib ki, Gürcüstandakı mitinqçilər ABŞ-dakı aktivist Çarli Kirkə qarşı həyata keçirilmiş ideologiyanın daşıyıcılarıdır. O, vətəndaşları ehtiyatlı olmağa çağırıb: "Daxili terrorçulardan nə gözləmək olacağını əvvəlcədən bilmək mümkün deyil".